09 sentyabr 2026 14:17
94

İspaniya bu qədər kütləvi qeyri-qanuni miqrant axınını gözləmirdi - Pedro Sançes

İspaniya hökumətinin rəhbəri Pedro Sançes hesab edir ki, krallıq Seuta muxtar şəhərində baş verənə bənzər "hücumlara" daha yaxşı hazırlaşmalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə baş nazir "TVE" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkə hakimiyyəti şəhərə bu qədər kütləvi qeyri-qanuni miqrant axını gözləmirdi. Nazirlər Kabinetinin rəhbərinin fikrincə, dövlət bir neçə sahədə vəziyyəti yaxşılaşdırmalıdır. O, ərhəd nəzarətinə qoyulan sərmayələrin əhəmiyyətli dərəcədə artırılmasının vacibliyini vurğulayıb.

Sançesin fikrincə, İspaniya kralı VI Felipe Seuta, eləcə də Melilya muxtar şəhərini ziyarət etməsi "həmişəkindən daha çox zəruridir". Lakin baş nazir belə bir səfərin nə vaxt baş tutacağını dəqiqləşdirməyib.