"Ermənistanda və Azərbaycanda izafi elektrik enerjisi beynəlxalq bazarlara potensial çıxış imkanı yaradır".
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib.
"Bu o deməkdir ki, Ermənistan Azərbaycanın elektrik şəbəkəsindən tranzitdən istifadə edə biləcək, Azərbaycan isə Naxçıvana təchizat da daxil olmaqla, Ermənistanın elektrik şəbəkəsindən tranzit üçün yararlana biləcək", - o bildirib.
Baş nazir hesab edir ki, Ermənistanın enerji ixrac potensialı hansısa səbəbdən reallaşmasa belə, ən azından ölkə tranzitdən gəlir əldə edəcək.