Türkiyənin Milli Müdafiə Nazirliyi Türk Silahlı Qüvvələrinin Suriyada "Barış pınarı" bölgəsindəki bəzi ərazilərdən geri çəkilməsi ilə bağlı iddiaları təkzib edib.
“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, yayılan xəbərlər doğru deyil.
"Silahlı Qüvvələrimiz bölgədə Suriya hökuməti ilə koordinasiyalı şəkildə fəaliyyətlərini davam etdirir. Dezinformasiya xarakteri daşıyan bu cür qərəzli xəbərlərə etibar edilməməsi, yalnız rəsmi açıqlamaların nəzərə alınması vacibdir", - məlumatda vurğulanıb.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb