29 yanvar 2026 15:13
101

Kadırov Ukrayna ilə danışıqlara QARŞI ÇIXDI

Çeçenistan lideri Ramzan Kadırov Ukraynada sülh danışıqlarının davam etdirilməsinə etirazını bildirib və müharibənin sona çatdırılmasının vacib olduğunu vurğulayıb.

“İki sahil” xəbər verir ki, bu açıqlama Kadırovun Rusiya nümayəndə heyətinin tərkibində Kremlə səfəri zamanı, Rusiya Prezidenti Vladimir Putinin BƏƏ Prezidenti Məhəmməd bin Zeyd əl-Nahyan ilə görüşündə səsləndirilib.

“Düşünürəm ki, müharibəni sona çatdırmaq lazımdır. Bütün baş verənlərdən sonra danışıqlara qarşıyam”, — deyə Kadırov “Mayak” radiosuna bildirib.

Qeyd edək ki, ötən həftəsonu BƏƏ paytaxtında Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar keçirilib. Təfərrüatlar açıqlanmasa da, tərəflər tədbiri müsbət qiymətləndirib. Dialoqun fevralın 1-də Əbu-Dabidə bərpa olunması planlaşdırılır.