29 yanvar 2026 11:17
125

Qlen Hovard: ABŞ Azərbaycanın strateji əhəmiyyətini yaxşı başa düşür

Düşünürəm ki, ABŞ artıq Azərbaycanın strateji əhəmiyyətini yaxşı başa düşür.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ-ın Saratoqa Fondunun prezidenti Qlen Hovard deyib.

O bildirib ki, TRIPP layihəsi ABŞ üçün strateji cəhətdən vacibdir. “Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Azərbaycanda oldu. Sonra Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri birgə bəyannamə imzaladılar, Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş layihəsi paraflandı. Dövlət Departamenti hazırda Tramp marşrutu üzərində işləyir. Beləliklə, Azərbaycan ABŞ ilə güclü və dinc münasibətləri inkişaf etdirməyə davam edir. ABŞ isə Qərb üçün dəyəri baxımından Azərbaycanın strateji əhəmiyyətini düzgün qiymətləndirir”, - deyə ekspert vurğulayıb.