29 yanvar 2026 10:19
149

Riçard Hoqland: Xəzər bölgəsində aparıcı ölkə kimi Azərbaycan öz vacib rolunu oynayacaq

“Azərbaycan regionda çox möhkəm ölkədir”

“İki sahil” xəbər verir ki, bu sözləri  Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin üzvü Riçard Hoqland deyib. O, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış və Azərbaycanın da təsisçi üzvlərdən biri olduğu Sülh Şurasına böyük töhfə verə biləcəyini bildirib.

“Azərbaycan Xəzər bölgəsindəki kimi burada da möhkəm regional rol oynaya bilər. Bu, olduqca vacibdir. Azərbaycan C5-in üzvü seçildi və indi o, C6-dır. Ümid edirəm ki, Xəzər bölgəsində aparıcı ölkə kimi Azərbaycan öz vacib rolunu oynayacaq”,- deyə ekspert əlavə edib.

O, Sülh Şurasının hələ ilkin inkişaf mərhələsində olduğunu qeyd edərək onun əvvəlcə Qəzza zolağının yenidən qurulmasına kömək etmək üçün yaradıldığını deyib, lakin gələcəkdə münaqişələrin həlli ilə bağlı BMT-ni əvəzləmək niyyəti ilə bağlı siqnallar verildiyini əlavə edib.