ABŞ prezidenti Donald Tramp bu axşam Oval ofisdən elan edilməmiş bir bəyanat verəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Roll Call portalında dərc olunmuş məlumatda bildirilib.
Çıxışın ABŞ vaxtı ilə saat 16:30-da (Bakı vaxtı ilə 01:30) başlaması planlaşdırılır. Bundan əlavə, saat 10:00-da (Bakı vaxtı ilə 19:00) Amerika lideri qapalı kəşfiyyat brifinqində iştirak edəcək və saat 11:00-da (Bakı vaxtı ilə 20:00) dövlət başçısı kabinet iclası keçirəcək.
Daha əvvəl Tramp bildirib ki, "Avraham Linkoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi "nəhəng bir armada" İrana doğru gedir və lazım gələrsə, "öz missiyasını tez bir zamanda yerinə yetirməyə" hazırdır. Ağ Ev lideri İslam Respublikasını danışıqlara çağırıb və imtina edəcəkləri təqdirdəTehrana yeni zərbələr endirəcəyi ilə hədələyib.