29 yanvar 2026 10:11
125

Erməni deputat: “Paşinyanın çıxışı hərbçilərə sillə idi”

“Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 34-cü ildönümünə həsr olunmuş təntənəli iclasda Paşinyanın çıxışı hərbçilərə sillə idi”.

“İki sahil” xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan bildirib. Manukyanın sözlərinə görə, hakimiyyət ordunun yaradılması gününü kölgədə qoymağa çalışıb və 27 yanvarı ölmüş erməni hərbi qulluqçuların günü elan edib.

“Bu il ordu günü münasibətilə ənənəvi rəsmi mükafatlandırma mərasimi keçirilməyib, məmurlar isə tədbirlərdə iştirak etməyiblər. Baş nazir faktiki olaraq etiraf edib ki, 2022-ci il oktyabrın 6-da Praqada imzalanmış sənədlə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bununla da Qarabağdan imtina edib”, - deyə o qeyd edib.