28 yanvar 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf "CITIC Construction Co.,Ltd."nin İdarə Heyətinin sədri Yanq Ciançiyanq ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə SOCAR ilə Çin Xalq Respublikasının müxtəlif şirkətləri arasında uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edilib. Bu xüsusda, SOCAR ilə "CITIC Construction Co.,Ltd." şirkəti arasında enerji infrastrukturu, eləcə də "downstream" layihələrinin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib.
Söhbət zamanı SOCAR-ın Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, şirkətin korporativ strateji hədəfləri barədə məlumat verilib.
Görüşdə potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə şirkətlər arasında Çərçivə Sazişi imzalanıb.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO