2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 679,7 milyon manat təşkil edib.
“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 24,1 faiz çoxdur.
Bundan başqa, ötən il büdcəyə sair daxilolmalar isə 1 milyard 200,8 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 17,6 faiz çoxdur.
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır