Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı arasında Anlaşma Memorandumu imzalanıb.
“İki sahil”in məlumatına görə, Memorandumu “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov imzalayıblar.
Tərəflər Anlaşma Memorandumu çərçivəsində qarşılıqlı maraq doğuran sahələrdə səmərəli, davamlı və ikitərəfli əməkdaşlığın qurulmasını əsas məqsəd kimi müəyyən ediblər.
Razılaşmaya əsasən, “ASAN AI Hub” Yüksək Texnologiyalar Parkının bazasında yaradılan “SABAH.city” innovasiya şəhərciyində fəaliyyət göstərəcək və ölkəmizdə süni intellekt ekosisteminin formalaşmasına, dayanıqlı inkişafına xidmət edəcək.
Memorandum tərəflərin birgə fəaliyyətə dair niyyətini ifadə edir və ölkəmizdə innovasiya mühitinin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda "Tilsimli meşə” adlı yeni əyləncə və istirahət zonası istifadəyə verilib
ÜST-nin Baş direktoru dünyada hər 4 nəfərdən 1-nin təhlükəsiz içməli suya çıxışının olmadığını bildirib
H.Hacıyev: Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian çox yaxşı bir ənənənin təməlini qoyublar
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Vəkillər Kollegiyasının sədri Moldovada Vəkil Günü tədbirlərində iştirak edib