Azad edilmiş ərazilərdə 8 mindən çox şəxs işlə təmin olunub.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) sədri Hasil Abbasov ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, keçən il 2 847 vətəndaş işlə təmin edilib, 154 nəfər özünəməşğulluq proqramına cəlb edilib:
"Azad edilən ərazilərdə çalışan vətəndaşların 58 %-i dövlət, 42 %-i özəl sektorda çalışır. Bundan başqa, ötən il ərzində 154 nəfər (52 %-i qadın, 48 %-i kişi) özünüməşğulluq proqramına müxtəlif istiqamətlər üzrə cəlb edilərək aktivlərlə təmin olunub. Bununla da cari dövrədək işğaldan azad edilmiş ərazilərdə öz biznesini qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində dövlət dəstəyi göstərilənlərin sayı 705 nəfərə çatıb. Hazırda 266 nəfərlə özünüməşğulluq proqramı üzrə işlər davam etdirilir".
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır