Azərbaycan və Dünya Bankı arasında "yaşıl iqtisadiyyat"a keçid təşəbbüslərinə potensial dəstək imkanları nəzərdən keçirilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun infrastruktur üzrə regional direktoru cənab Çarlz Kormiye və Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşdə ölkəmizlə səmərəli əməkdaşlığı məmnunluqla vurğuladıq. Birgə reallaşdırılan layihələrin icra vəziyyətini dəyərləndirərək, şəhərsalma sektoru üzrə həyata keçirilən təşəbbüslər, Orta Dəhlizin regional perspektivlərini, şəhər mobilliyi, bərpa olunan enerji və "yaşıl iqtisadiyyat"a keçid təşəbbüslərinə potensial dəstək imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır