2025-ci ildə AQTİ-nin 17 laboratoriyasında 759 mindən artıq müayinə həyata keçirilib və 50 yeni müayinə metodu tətbiq olunub. Bununla da metodların sayı 990-a çatıb. Nəticələrimizin etibarlılığı Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya və Niderlandın beynəlxalq səviyyədə tanınmış nüfuzlu qurumları tərəfindən təşkil olunan səriştəlik sınaqlarında təsdiqlənib.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri Əli Nəbiyev deyib.
O, qeyd edib ki, hazırda laboratoriyamız milli, o cümlədən 3 sınaq laboratoriyamız beynəlxalq (DAkkS və TÜRKAK) akkreditasiyadan keçib. İnstitut tərəfindən ötən ildən etibarən qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin təmin olunması məqsədilə “Rəf ömrünün təyini” sınaqları həyata keçirilir. Sınaqlar nəticəsində məhsulun nə qədər müddətdə həm təhlükəsiz, həm də keyfiyyətli saxlanılması müəyyən oluna bilir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır