24 yanvar 2026 19:27
105

Lerikdə polis hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Şaxtalı hava şəraiti ilə əlaqədar Lerikdə şəhər mərkəzində, dağlıq ərazilərdə, yaşayış məntəqələrini birləşdirən yollarda, eləcə də Lerik-Lənkəran avtomobil yolunda polis əməkdaşlarının gücləndirilmiş rejimdə xidməti təşkil olunub.

“İki sahil” xəbər verir ki, avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar qardan təmizlənir, gecə saatlarında baş verməsi ehtimal olunan buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülür.