24 yanvar 2026 16:51
120

Neftçalada avtomobillər toqquşub

Neftçala rayonu ərazisində bir nəfərin ölümü, 3-nün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Salyan-Neftçala avtomobil yolunun Neftçalanın Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəqliyyat vasitələrinin toqquşması nəticəsində Murad Sabir oğlu Ələkbərov ölüb, Sabir Cabbar oğlu Ələkbərov, Nuranə Sübhan qızı Ələkbərova və Samir Sabir oğlu Ələkbərov isə yaralanıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı ölən və yaralananlar bir ailənin üzvləridir.

AZƏRTAC