Ötən il Azərbaycanda beynəlxalq dəmiryolu nəqliyyatı ilə 3 milyard 59 milyon 692,8 min ABŞ dolları dəyərində 7 milyon 80 min 152,2 ton yük daşınıb.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu, 2024-cü il ilə müqayisədə müvafiq olaraq 8,1 % və 8,3 % azdır.
2025-ci ildə 895 milyon 878,2 min ABŞ dolları dəyərində 2 milyon 709 min 729,9 ton yük ixrac olunub, 2 milyard 163 milyon 814,6 min ABŞ dolları dəyərində 4 milyon 370 min 422,3 ton yük idxal edilib.
Hesabat ilində ixrac olunan yükün dəyəri 6,5 % artıb, həcmi 2,4 % azalıb, idxal olunan yükün isə dəyəri 13,1 %, həcmi 11,7 % azalıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır