İnklüziv təhsil ekosistemi biliyə əsaslanan iqtisadi modelin qurulmasında əsas təməldir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Təhsil Günü münasibətilə "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, təhsilin inkişafında gənclərin rolu və fəal iştirakı ölkənin tərəqqisində mühüm önəm kəsb edir: "Təsadüfi deyil ki, 2026-cı ildə Beynəlxalq Təhsil Günü bu mövzuya həsr olunub. İqtisadi modelin qurulmasında gənc nəslin töhfələrinin artırılması strateji əhəmiyyət daşıyır".
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır