İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (World Economic Forum 2026 – WEF 2026) çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin inkişafı və mövcud potensialın reallaşdırılması məsələləri müzakirə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos ilə keçirilən görüşdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, ticarət və enerji sahələrində tərəfdaşlığın genişləndirilməsi, həmçinin nəqliyyat-logistika infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlər müzakirə olunub", - nazir qeyd edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır