Dünyada sülhün və sabitliyin qorunmasının əsas prinsiplərindən biri Beynəlxalq Hüquq normalarına əməl edilməsidir. Təəsüf ki, cənab Prezident İlham Əliyevin dediyi kimi: Beynəlxalq Hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görülmür.
Beynəlxalq hüquq normalarının əsasını onun subyektləri təşkil edir. Bunlar dövlətlər, dövlətəbənzər qurumlar və beynəlxalq təşkilatlardan ibarətdir. Bir vaxtlar fiziki şəxslər subyekt kimi qəbul olunmasada hal-hazırda fərdlərində məhdud subyekliyi qəbul olunur. Çünki fərdlər öz dövlətini beynəlxalq məhkəməyə verə bilər və yaxud soyqırım və müharibə cinayəti törədən şəxslər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə edilə bilərlər.
Bəli, bu qaçınılmaz bir həqiqətdir ki, dünyada Beynəlxalq Hüquq normaları uzun illərdir ədalət prinsiplərindən kənarda qalır. Çünki artıq heç bir dövlət, dövlətə bənzər qurumlar, beynəlxalq təşkilatlar və fərdlər Beynəlxalq Hüquq normalarına əməl etmir. Lakin Azərbaycan bütün məsələləri, istərsə xarici siyasətini, istərsə də daxili siyasətini hər zaman Beynəlxalq Hüquq normalarına uyğun formada həll etsə də ölkəmizə qarşı hər zaman bu normaların kobud şəkildə pozulması və ədalətin bərpa edilməməsi halları ilə rastlaşmışıq. Bu da onu göstərir ki, ictimaiyyətin bütün üzvləri artıq məsələləri beynəlxalq hüququn qanunlarına əsasən yox, güc və təzyiqlərlə həll edir. Təbii ki, Beynəlxalq Hüququn konstitusiyası hesab edilən əsas prinsiplərindən biri də suveren bərabərlikdir. Bu prinsipin əsası ondan ibarətdir ki, bütün dövlətlər ölçüsündən və gücündən asılı olmayaraq bərabər hüquqa malikdir. Heç bir dövlət bir-birinə qarşı hədə-qorxu və ya güc tətbiq etməməlidir və hər bir dövlətin ərazi bütövlüyü toxunulmazdır. Lakin bu prinsiplərə baxmayaraq Azərbaycan dəfələrlə Beynəlxalq Hüquq pozuntularına məruz qalmışdır. Beynəlxalq Hüquqa zidd olan soyqırımlar yaşamış və və ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri ölkəmizə qarşı kobud şəkildə pozulmuşdur.
Tarix boyu Azərbaycan xalqı ermənilər və onların havadarları tərəfindən soyqırıma məruz qalmış, günahsız insanlarımız yaşlı, qadın, körpə demədən amansız düşmən tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu soyqırım və deportasiya tarixinin ilk mərhələsi 1905-1906-cı illərdən başlayaraq, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə mərhələlərlə davam etmişdir. Bu mərhələlərdə ermənilər Azərbaycanın bir çox bölgələrinə hücumlar edərək dinc əhalini qətlə yetirir, evləri yandırır, insanları öz yurdlarından qovmağa çalışırdılar. 1918-ci il Mart soyqırımında yalnız Bakı şəhərində 12 min, 1988-1993-cü illərdə isə keçmiş qondarma Dağlıq Qarabağ və ətraf rayonlarına edilən hücumlar nəticəsində isə 20 mindən çox insan həlak olub. Soyqırım və deportasiya tariximizin müstəqillik ərəfəsini və dövlət müstəqilliyinin ilk illərini əhatə edən son dövründə 50 mindən artıq soydaşımız əlil olub, bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib.
Əlbəttə Ulu Öndər Heydər Əliyev hər zaman Beynəlxalq Hüquq normalarına sadiq qalaraq Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün çox böyük işlər görmüşdür. Ulu Öndər ilk olaraq Ermənilərin Azərbaycana qarşı torpaq iddialarını aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etməsinə nail oldu. Bu qətnamələrə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu təsdiqləndi və işğalçı qüvvələr qeyd-şərtsiz ərazidən çıxarılmalı idi. Lakin bu qətnamələrə və beynəlxalq hüququn prinsiplərinə baxmayaraq ermənilər uzun illər boyu torpaqlarımızı işğal altında saxladı. Beynəlxalq Hüququ kobud şəkildə pozan Ermənistan tərəfinin bu vaxta qədər cəzasız qalması və ədalət qarşısında cavab verməməsi, torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmaması Azərbaycana bu ədaləti özünün bərpa etməsindən başqa bir yol buraxmamışdı. Bu səbəblə Beynəlxalq Hüquq prinsiplərinə əsasən Azərbaycan öz ərazi bütövlüyünü qorumaq və işğalçı qüvvələri ərazilərimizdən çıxarmaq üçün 27 sentyabr 2020-ci ildə Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”nə başladı. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Bəli, Ölkə Rəhbərinin güclü ordu quruculuğu və qəhrəman igidlərimizin şücaəti nəticəsində 44 gün ərzində düşmən üzərində mütləq qələbə qazandıq və ölkə suverenliyimizi bərpa etdik.
Cənab Prezident İlham Əliyev Beynəlxalq Hüquqa əsaslanan siyasət yeritsə də, hər zaman bizə qarşı edilən haqsızlıqlara bir çox beynəlxalq təşkilatlar və dövlətlər səssiz qalmış və ya haqsızın tərəfində yer almışlar. Cənab Prezident İlham Əliyevin dediyi kimi: Dünyada ədalət yoxdur, əgər dünyada ədalət olsaydı biz bu halda olmazdıq və bu ədaləti biz özümüz öz gücümüzlə bərpa etdik.
Musa Həsənli,
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı