21 yanvar 2026 18:02
135

Özbəkistan Prezidenti Sülh Şurasının nizamnaməsinin imzalanmasında iştirak üçün Davosa yola düşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Davosda keçiriləcək Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə işgüzar səfərlə yola düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"ABŞ prezidenti Donald Trampın dəvəti ilə yanvarın 21-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ABŞ liderinin təşəbbüsü ilə yaradılan Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə işgüzar səfərlə yola düşüb", - məlumatda bildirilib.

Daha əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yaxın Şərqdə sülhün möhkəmlənməsi və münaqişələrin həlli üzrə təşəbbüsə Sülh Şurasının təsisçi dövləti kimi qoşulmağa hazır olduğunu deyib.