Pakistanın Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzinin binasında baş verən yanğında ölənlərin sayı 60 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Geo TV" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Cənub dairəsinin polis rəisinin müavini Sayed Əsəd Raza jurnalistlərə ticarət mərkəzindəki mağazada daha 30 nəfərin meyitinin aşkar edildiyini bildirib.