20 Yanvar Faciəsinin ildönümü ilə əlaqədar Ankarada yerləşən Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı proyeksiya olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
“Azərbaycan xalqının müstəqillik, suverenlik və milli azadlıq uğrunda apardığı mübarizənin tarixində silinməz iz qoymuş 20 Yanvar Faciəsinin ildönümündə, Ankara Keçiören Bələdiyyəsi tərəfindən Azərbaycanla həmrəylik və başsağlığı əlaməti olaraq Ankarada yerləşən Cümhuriyyət Qülləsində Azərbaycanın üçrəngli bayrağı əks etdirilib”, – deyə səfirliyin paylaşımında qeyd olunub.
İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir - MEDİA
İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur - MEDİA