Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.
“İki sahil” xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun ölkəmizə səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.
Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulandı. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.
Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etdilər.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb
XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb