20 yanvar 2026 18:08
139

SOCAR ilə “Naftogaz Group” əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Ukraynanın “Naftogaz Group” əməkdaşlığın gücləndirilməsini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edib.

“World Economic Forum 2026” çərçivəsində “Naftogaz Group”un İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Sergii Koretskyi ilə görüşdüm. Görüş zamanı əməkdaşlığı gücləndirmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq öhdəliyimizi bir daha təsdiqlədik”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, 2025-ci ilin iyulunda Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni imzalayıb. Bununla da ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.