19 yanvar 2026 23:26
169

Çindən Orta Dəhliz vasitəsi ilə Azərbaycana yeni qatar xətti istifadəyə verilirb

Çinin iri liman şəhərlərindən olan Tiencindən Transxəzər beynəlxalq nəqliyyat marşrutu – Orta Dəhliz vasitəsi ilə Azərbaycana yük qatarı xətti açılıb.

“İki sahil” xəbər verir ki, yanvarın 19-da bu xətt üzrə ilk yük qatarı Tiencindən yola düşüb. Polad borular, məişət avadanlığı və digər mallarla yüklənmiş qatar Çinin Horqos gömrük məntəqəsindən Qazaxıstana, ordan isə Xəzər dənizi ilə Bakıya çatacaq. Qatar təxminən 7 min kilometrlik yolu 20 günə qət edəcək. Bu, ənənəvi dəniz yolundan 10 gün qısadır. Gələcəkdə Tiencindən gələn yüklərin Bakıdan digər təyinat məntəqlərinə göndərilməsi də planlaşdırılır.

Qeyd edək ki, hazırda Çinin bir neçə şəhərində Orta Dəhliz vasitəsi ilə Azərbaycana yük qatarı xətti fəaliyyət göstərir.