Ötən il Azərbaycanda 2 milyon 549,2 min ton dizel yanacağı istehsal edilib.
“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə 22,9 % çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 milyard 532,3 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 13,7 % artıb.
Ötən il Azərbaycanda 59 min ton mazut istehsal edilib. Bu göstərici 2024-cü il ilə müqayisədə 2,2 dəfə çoxdur.
Bu dövr ərzində Azərbaycanda 1 milyard 466,7 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü il ilə müqayisədə 17,2 % çoxdur.
Hesabat dövründə 36,6 min ton sürtkü yağları, 259,3 min ton neft bitumu istehsal edilib. Ötən il ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 48,2 %, neft bitumunun istehsalı isə 2,1 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 225,8 min ton maye qazlar, 690,7 min ton ağ neft, 240,8 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 32,2 %, neft koksunun istehsalı 31,3 %, ağ neftin istehsalı isə 22,9 % artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Çindən Orta Dəhliz vasitəsi ilə Azərbaycana yeni qatar xətti istifadəyə verilirb