Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukrayna münaqişə başa çatdıqdan sonra yalnız Belarus və Rusiyanın dəstəyinə ümid edə bilər, Qərb ölkələri üçün isə artıq maraq kəsb etməyəcək.
“İki sahil” xəbər verir ki, bu fikri Lukaşenko Kirov vilayətinin qubernatoru Aleksandr Sokolovla görüşü zamanı səsləndirib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə bitdikdən sonra ABŞ diqqətini “İrana, Yəmənə və ya Tayvana” yönəldəcək.
“...Bu Ukraynanı unudacaqlar. Heç kimə bu Ukrayna lazım olmayacaq. Ona görə də irəliyə baxmaq lazımdır”, — deyə Lukaşenkonun sözlərini BELTA agentliyi sitat gətirib.
Görüş zamanı Belarus prezidenti həmçinin qeyd edib ki, Kiyev Ukraynadakı münaqişədə insanların həlak olmasının qarşısını almaq üçün bu prosesə mümkün qədər tez son qoymalıdır.
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir