14 sentyabr 2026 19:15
90

Rusiyanın itkiləri açıqlandı - 1664-cü gün

Ukrayna müharibənin 1664-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 508 600 hərbçi, 12 345 ədəd tank, 25 331 ədəd zirehli döyüş maşını, 49 752 ədəd artilleriya sistemi, 2 127 (reaktiv yaylım atəş sistemi), 1 637 hava hücumundan müdafiə sistemi, 442 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 2 615 ədəd yerüstü robot-texnika kompleksi, 516 441 ədəd PUA, 148 807 ədəd avtomobil texnikası, 5 111 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 683 xüsusi avadanlıq itirib.