Cinayətkarlığın kəskin artması səbəbindən Qvatemala Prezidenti Bernardo Arevalo ölkə ərazisində 30 günlük fövqəladə vəziyyət elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə Qvatemala televiziyası məlumat yayıb.
Prezident xalqa müraciətində fövqəladə vəziyyətin əsas məqsədinin vətəndaşların qorunması və təhlükəsizliyin təmin edilməsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, polis və ordu qüvvələri cinayətkar dəstələrlə mübarizə üçün tam səfərbər ediləcək.
Bernardo Arevalo bildirib ki, ölkə rəhbərliyi cinayətkar təşkilatlara güzəştə getmək niyyətində deyil və ictimai asayişin bərpası üçün sərt tədbirlər görməyə davam edəcək. Prezident izah edib ki, zorakılığın artması daha əvvəl kütləvi iğtişaşlar və girov götürülməsi halları ilə üzləşmiş həbsxanalar üzərində nəzarətin bərpasına cinayətkar qrupların cavabıdır.
Dövlət başçısı qeyd edib ki, fövqəladə vəziyyət vətəndaşların gündəlik həyatına, dövlət və özəl qurumların fəaliyyətinə, eləcə də əhalinin hərəkət azadlığına təsir göstərməyəcək.
Xatırladaq ki, yanvarın 18-də Qvatemalada üç həbsxanada məhbuslar eyni vaxtda iğtişaşlar törədib və 46 nəfəri girov götürüblər.
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir