Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Danimarkanın Baş naziri, Avropa Komissiyasının və NATO-nun rəhbərləri ilə telefon danışığı aparıb.
“İki sahil” Dauninq Stritin sözçüsünə istinadla xəbər verir ki, daha sonra o, ABŞ Prezidenti Donald Tramp ilə də əlaqə saxlayıb.
Baş nazir bütün telefon danışığı zamanı Qrenlandiya ilə bağlı Böyük Britaniyanın mövqeyini bir daha vurğulayıb. Bildirilib ki, “Yüksək Şimal”ın təhlükəsizliyi Avro-Atlantik maraqların qorunması baxımından bütün NATO müttəfiqləri üçün prioritet hesab olunur.
Kir Starmer, həmçinin qeyd edib ki, NATO müttəfiqlərinin kollektiv təhlükəsizliyi naminə atılan addımlara görə müttəfiqlərə qarşı tariflərin tətbiqi yanlış yanaşmadır.
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir