ABŞ Prezidenti Donald Tramp Kanadanın Arktikadakı potensial zəifliyindən narahatdır və sahil sularında patrul xidməti göstərmək üçün əlavə buzqıran gəmilər almaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə "NBC News" telekanalı Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Tramp administrasiyası hesab edir ki, Kanadanın şimal sərhədinin qorunması bütün Qərb yarımkürəsinin təhlükəsizliyinin gücləndirilməsi üçün əsasdır. Trampın müdafiəyə kifayət qədər pul xərcləmədiyinə görə Kanadadan narazılığını ifadə etdiyi bildirilir.
Amerika liderinin artan narazılığı fonunda ABŞ hərbçiləri kanadalı həmkarları ilə Arktikada hərbi qüvvələrinin genişləndirilməsi üçün danışıqlar aparır.
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir