Türkiyə Xarici İşlər Nazirliyi Suriyada "Suriya Demokratik Qüvvələri" ilə elan edilmiş atəşkəsin uğurla həyata keçirilməsinə ümid etdiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.
"Ümid edirik ki, Suriya Prezidenti Əhməd əl-Şara tərəfindən bu gün elan edilən atəşkəs və tam inteqrasiya razılaşması, ölkənin ərazi bütövlüyü və birliyinə əsaslanaraq sabitlik və təhlükəsizliyin təmin edilməsi səylərini tez və effektiv şəkildə irəli aparacaq. 8 dekabr 2024-cü ildə Suriyada başlayan və ölkənin firavan bir gələcək qurması üçün müstəsna bir fürsəti təmsil edən yeni dövr hazırda kritik bir mərhələdədir", - deyə qeyd olunub.
Xarici İşlər Nazirliyi həmçinin ümid etdiyini bildirib ki, Suriyadakı bütün qruplar və fərdlər real vəziyyəti anlayaraq ölkənin gələcəyinin terrorizm və bölünmədə deyil, birlik, həmrəylik və inteqrasiyada olduğunu tam şəkildə anlayacaqlar.
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir