19 yanvar 2026 00:35
110

Kanadanın Baş naziri NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırıb

Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi fonunda müttəfiqləri NATO mexanizmləri vasitəsilə Arktikada təhlükəsizliyi təmin etməyə çağırıram.

“İki sahil” xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni özünün "X" hesabında yazıb.

"Arktikanın - NATO-nun şimal və qərb cinahlarının təhlükəsizliyi Alyansımız üçün çox vacibdir. Kanada qəti şəkildə inanır ki, Arktikanın təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu NATO daxilində birgə işləməkdir", - deyə o yazıb.

Karninin sözlərinə görə, Kanada hökuməti vəziyyətin gərginləşməsindən narahatdır və Arktika bölgəsində hərbi və vacib infrastrukturu gücləndirəcək:

"Kanada bütün hallarda, o cümlədən Qrenlandiya və Danimarka Krallığı ilə bağlı məsələlərdə suverenlik və ərazi bütövlüyü prinsiplərini dəstəkləyir. Davamlı olaraq qeyd etdiyimiz kimi, Qrenlandiyanın gələcəyini yalnız Qrenlandiya və Danimarka müəyyən etməlidir".