Avropa təzyiqə təslim olacaq və Qrenlandiya ABŞ-nin nəzarətinə keçəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya birbaşa investisiya fondunun rəhbəri Kirill Dmitriyev "X" hesabında yazıb.
"Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək, transatlantik birlik bəlkə də müəyyən dərəcədə bərpa olunacaq", - deyə o yazıb.
Qeyd edək ki, yanvarın 17-də ABŞ Prezidenti Donald Tramp Truth Social-dakı paylaşımında ABŞ-ın Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə qarşı 10% tarif tətbiq etməyə başlayacağını və Vaşinqtonun Qrenlandiyanın tam şəkildə satın alınması barədə razılığa gələnə qədər bu tariflərin qüvvədə qalacağını açıqlayıb.
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir