İranda keçirilən genişmiqyaslı etirazlar zamanı ölənlərin sayı 5 000 nəfərə çatıb. Onlardan təxminən 500-ü təhlükəsizlik xidmətinin əməkdaşıdır.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı çəkilməyən İran rəsmisinə istinadən bildirib.
Rəsmi şəxsin sözlərinə görə, hakimiyyət orqanları İranda keçirilən etirazlar zamanı 5 000 nəfərin ölümünü təsdiqləyib, terrorçuları və silahlı üsyançıları günahsız iranlıları öldürməkdə ittiham edib.
Rəsmi şəxs qeyd edib ki, ən ağır toqquşmaların bəziləri və ən yüksək ölüm sayı separatçıların aktiv olduğu İranın şimal-qərbində qeydə alınıb.
HRANA insan haqları qrupu şənbə günü ölənlərin sayının 3 308-ə çatdığını bildirib. Həmçinin İranda 24 000-dən çox insanın həbs olunduğunu da bildirib.
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir