ABŞ Prezidenti Donald Tramp İrana yeni rəhbər axtarmağın vaxtının çatdığını bildirib.
“İki sahil” xəbər verir ki, Tramp bu barədə "Politico" qəzetinə verdiyi müsahibədə danışıb.
Trampın fikrincə, İranın hakimiyyəti ölkənin tamamilə məhv edilməsinə və əvvəllər görünməmiş miqyasda zorakılığın tətbiq edilməsinə görə məsuliyyət daşıyır.
"Ölkənin, hətta çox aşağı səviyyədə olsa belə, fəaliyyətini davam etdirməsi üçün rəhbərlik minlərlə insanı öldürməkdənsə, mənim ABŞ-də etdiyim kimi, nəzarəti saxlamaq üçün düzgün idarəetməyə diqqət yetirməlidir", - Tramp vurğulayıb.
O, İranı yaşamaq üçün "dünyanın ən pis yeri" adlandırıb.
Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi dəstəklənib
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib