Alp dağlarınının Avstriya ərazisinə düşən hissəsində qar uçqunları nəticəsində beş nəfər həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə Avstriyanın "ORF" teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, Zalsburq yaxınlığındakı Ponqau rayonunda yerləşən Finsterkopf dağında (hündürlüyü 2150 m) yeddi xizəkçidən ibarət qrup qarın altında qalıb, onlardan dördü həlak olub, biri isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Həmin gün Avstriyada qar uçqunu zamanı daha bir qadın da həlak olub.
Xilasedicilər turistlərdən işarəli yolları tərk etməməyi təkidlə xahiş ediblər, çünki faciələrin əksəriyyəti xizəklə nəzərdə tutulan cığırlardan kənarda hərəkət edərkən baş verir.
Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi dəstəklənib
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib