İtaliya klubu "Fiorentina" gənc yarımmüdafiəçisi ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi 23 yaşlı Edoardo Bove ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb. Klub öz yetirməsinə karyerasının növbəti mərhələsində uğurlar arzulayıb.
Xatırladaq ki, Bove 2024-cü ilin dekabrında icarə əsasında "Fiorentina"da çıxış edərkən meydanda ürəyi dayanıb. Hadisədən sonra əməliyyat olunan futbolçunun tibbi rəylərə əsasən İtaliyada oynaya bilməyəcəyi məlum olub. Onun karyerasını başqa ölkədə bərpa edəcəyi gözlənilir.
Qeyd edək ki, Bove "Roma"nın forması ilə ümumilikdə 92 matça çıxıb, 4 qol vurub və komanda yoldaşlarına 2 məhsuldar ötürmə verib.
Ukraynanın Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub