Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 667 min ABŞ dolları dəyərində 84 ton mixək idxal edib.
“İki sahil” xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq 28 % azdır.
Hesabat dövründə Azərbaycan İndoneziyadan 585,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çox) 76,31 ton (+27 %), Madaqaskardan 57,7 min ABŞ dolları dəyərində (-79 %) 6,1 ton (-80 %), Türkiyədən 7,11 min ABŞ dolları dəyərində (-27 %) 0,33 ton (+27 %), Hindistandan 6,84 min ABŞ dolları dəyərində (-91 %) 1 ton (-90 %), Almaniyadan 0,11 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 0,01 ton (dəyişməyib) məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tailanddan tədarük (0,02 min ABŞ dolları dəyərində 0,01 ton) həyata keçirilib.
Topdansatış internet xidmətləri və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma şərtləri müzakirə edilib
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib