"ABŞ Prezidenti Donald Trampın Administrasiyası Sülh Şurasını Birləşmiş Millətlər Təşkilatının (BMT) potensial əvəzedicisi kimi görə bilər".
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, Ağ Ev bu şuranı Qəzza zolağı xaricindəki münaqişələrin həlli üçün bir növ paralel, qeyri-rəsmi qurum kimi görür.
Məsələ ilə tanış olan mənbələr nəşrə bildiriblər ki, ABŞ rəsmiləri Sülh Şurasının Qəzzadan başqa Ukrayna və Venesuela kimi digər qaynar nöqtələri də əhatələməsini təklif ediblər.
Məlumata görə, Qərb və ərəb diplomatları yeni yaradılan quruma Yaxın Şərqdən kənarda vasitəçilik etmək üçün genişləndirilmiş səlahiyyətlər vermək təklifi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Tramp bir gün əvvəl Qəzza zolağında Sülh Şurasının yaradıldığını bəyan edib. Şuranın formalaşdırılması bura beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə yanaşı, ABŞ liderinin Qəzza üçün sülh planının bir hissəsidir.
Ağ Ev şuranın tərkibini də açıqlayıb. Heyətə dövlət katibi Marko Rubio, prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner daxildir.
Üzvlərin hər biri Qəzzada münaqişənin həlli istiqamətində müxtəlif sahələrə nəzarət edəcəklər.
Pevkur: Estoniya qoşunları amerikalılarla döyüşmək üçün Qrenlandiyaya getməyəcək