Azərbaycan iqtisadiyyatı 2025-ci ildə qlobal neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq müsbət artımı qoruyub saxlayıb.
“İki sahil” APA-ya istinadən xəbər verir ki, bu barədə "Moody's Ratings" beynəlxalq reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, artım tempi 2024-cü illə müqayisədə zəifləyib. Keçən ilin ilk 11 ayında real ümumdaxili məhsul (ÜDM) illik müqayisədə 1.6% artıb və tam il üzrə artımın təxminən 1.5% olacağı gözlənilir. Bu göstərici qeyri-neft sektorundakı dayanıqlılığın neft-qaz sektorundakı davam edən daralmanı qismən kompensasiya etməsini göstərir.
"Moody's" hesab edir ki, neft qiymətlərinin yumşalması və xərclərin artması 2025-ci ildə konsolidə edilmiş fiskal profisitin (buraya Naxçıvan regionu, sosial fondlar və Dövlət Neft Fondu daxil olmaqla) ÜDM-in təxminən 2.4%-nə enməsinə səbəb olacaq. Bu göstərici 2024-cü ildə 4% təşkil etmişdi. Dövlət büdcəsində infrastruktur, bərpa və sosial proqramlara xərclərin sürətlənməsi fonunda yüngül kəsir formalaşa bilər.
Topdansatış internet xidmətləri və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma şərtləri müzakirə edilib
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib