17 yanvar 2026 01:35
117

Aİ Qrenlandiya ilə bağlı kollektiv müdafiə bəndini aktivləşdirə bilər

Qrenlandiya ətrafında gərginləşən vəziyyət Avropa İttifaqı ölkələrini Aİ barədə sazişin kollektiv müdafiə bəndini aktivləşdirməyə məcbur edə bilər.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Avstriya Kansleri Kristian Stoker Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə birgə mətbuat konfransında bildirib.

"Qrenlandiya ətrafındakı vəziyyət münaqişəyə səbəb ola bilər, amma ümid edirəm ki, bundan qaça bilərik. Metsola ilə müzakirə etdiyimiz bir hüquqi çərçivə var: Avropa İttifaqı haqqında Müqavilənin 42-ci maddəsinin 7-ci bəndi bu cür hallarda Aİ ölkələrinin bir-birinə göstərdiyi dəstəyi tənzimləyir", - deyə o qeyd edib.

Kansler vurğulayıb ki, Qrenlandiyaya qarşı hər hansı təhdid qəbuledilməzdir, çünki bu, Danimarkanın muxtar ərazisidir.

"Suverenlik və ərazi bütövlüyünə istisnasız olaraq hər kəs hörmət etməlidir", - deyə o əlavə edib.