İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib.
“İki sahil” xəbər verir ki, qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Bildirilir ki, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.
Polşa, Çexiya və Macarıstan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub
AZCON Holding-in icraçı direktoru Şahin Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini ilə görüş keçirib