HƏMAS hərəkatı Qəzza zolağı üzərindəki nəzarəti yeni formalaşdırılmış texnokratik komitəyə təhvil verməyə razılaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Al Arabiya" Fələstin Milli Administrasiyasının rəhbərinin müşaviri Mahmud Əl-Habaşa istinadən məlumat yayıb.
"HƏMAS Qəzzada bütün işləri keçən il ABŞ Prezidenti Donald Trampın razılaşdırdığı plana uyğun olaraq ərazini idarə edəcək komitəyə verəcəyini elan edib", - bəyanatda deyilir.
Bundan əlavə o qeyd edib ki, 15 nəfərdən ibarət yeni komitə Fələstin Milli Administrasiyası ilə koordinasiya şəklində işləyəcək, lakin eyni zamanda öz qərarlarında müstəqil olacaq.
Əl-Habaşın sözlərinə görə, komitənin əsas prioriteti anklavın fələstinli əhalisinin köçürülməsinin qarşısını almaqdır. O vurğulayıb ki, komitə siyasi işlərə qarışmayacaq, onun rolu icraedici və texniki olacaq, humanitar məsələlərə və əhaliyə vacib xidmətlərin göstərilməsinə yönələcək.