15 yanvar 2026 15:18
226

Hər gün Bakıdan-Qəbələyə və əks istiqamətə hərəkət etmək mümkündür

Yeni istifadəyə verilmiş Gəncə–Qəbələ–Gəncə dəmir yolu marşrutundan istifadə etməklə hər gün Bakıdan Qəbələyə və əks istiqamətə səfər etmək mümkün olub.

Bu barədə "İki sahil" "Azərbaycan Dəmir Yolları" QSC-ə (ADY) istinadən xəbər verir.

Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, saat 11:12-də Gəncə–Qəbələ qatarı ilə Qəbələyə, Qəbələ–Gəncə qatarı ilə isə saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya səyahət etmək mümkündür.

Qeyd olunan istiqamətlərlə yanaşı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə ənənəvi qrafiklə şənbə və bazar günləri müntəzəm reyslər təşkil olunur.