14 yanvar 2026 18:30
137

Qızıl qiyməti... - XƏBƏRİNİZ OLSUN

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 4650 dolları keçib.

“İki sahil” xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapır.

14 yanvarda Bakı vaxtı ilə saat 16:59-a olan məlumata görə, qızılın qiyməti trua unsiyası günün ikinci yarısında bir qədər də artaraq 4650.1 dollar olub (1.11% artım).

Bakı vaxtı ilə saat 17:04-ə qızılın qiyməti artımını azalıb və trua unsiyası üçün 4641,3 dollara düşüb (0.92% artım).