İmişli rayonu Otuziki kəndi ərazisində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib.
“İki sahil” xəbər verir ki, bazar biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.
İşçi qrupu tərəfindən bazara yerində baxış və qiymətləndirmə keçirilib.
Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.
Qeyd edək ki, daha əvvəl bir neçə rayonun da heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.
Topdansatış internet xidmətləri və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma şərtləri müzakirə edilib
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib