14 yanvar 2026 09:18
108

Tailandda faciə - Kran qatarın üzərinə düşüb

Tailandın Nakhon Ratçasima əyalətində qaldırıcı kran qatarın üzərinə aşıb.

"İki sahil" AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında Sixio rayonunda yüksəksürətli dəmir yolu xəttinin inşaat aparılan hissəsində baş verib. Qaldırıcı kranın hərəkətdə olan qatarın üzərinə aşması nəticəsində nəqliyyat vasitəsi relsdən çıxıb. Qəza nəticəsində 22 nəfər ölüb.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.