16 sentyabr 2026 09:10
97

Çin hərbi kadrların hazırlanması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır

Çin hərbi kadrların hazırlanması və hərbi təlimlərin keçirilməsi sahəsində praktiki beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır.

“İki sahil” xəbər verir ki,  bunu Çinin müdafiə naziri Dun Tsyun Syanşan Təhlükəsizlik Forumunun açılış mərasimində bildirib.

"Çin Silahlı Qüvvələri modernləşmə prosesini sürətləndirir və təcrübəsini bütün maraqlı tərəflərlə bölüşməyə, imkanları daxilində silahlı qüvvələrini inkişaf etdirməyə ehtiyacı olan ölkələrə yardım göstərməyə, həmçinin birgə təlimlər və şəxsi heyətin hazırlanması kimi sahələrdə praktiki əməkdaşlığı genişləndirməyə hazırdır", – deyə nazir qeyd edib.